
Qobustanda güləş turniri
- 28 May 2025 12:22
- 68
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə UGİM-nin idman zalında "28 May - Müstəqillik Günü" münasibətilə sərbəst güləş üzrə yeniyetmələr arasında Qobustan rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirin keçirilməsində əsas məqsəd sərbəst güləş idman növünün rayonda uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, qruplarda keçirilən təlim-məşq proseslərinin təkmilləşdirilməsi, zona və respublika miqyaslı yarışlarda iştirak edəcək yeniyetmə idmançıların müəyyən olunmasıdır.
Müxtəlif çəki dərəcələrində qalib gəlmiş idmançılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə mükafatlandırılıblar.