Qobustan İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 🇦🇿 “20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə futbol üzrə yeniyetmələr arasında Qobustan rayon turniri keçirilib.


Rekord.az xəbər verir ki, turnirin məqsədi uşaq və yeniyetmələr arasında futbol idman növünə marağı artırmaq, təlim-məşq proseslərini təkmilləşdirmək və asudə vaxtın səmərəli təşkilinə dəstək vermək olub.


6 komandanın mübarizəsi nəticəsində finalda “UGİM-1” və “UGİM-2” komandaları üz-üzə gəlib. 26 sentyabrda baş tutan həlledici görüşdə “UGİM-1” komandası 2:1 hesabı ilə qalib gələrək turnirin birincisi olub.  Üçüncü yer uğrunda oyunda isə Qobustan şəhər 1 saylı tam orta məktəbi komandası, 3 saylı məktəb komandasını 3:1 hesabı ilə məğlub edib.  Qalib və mükafatçılara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunub.