“Qızıl top”a əsas namizədlər açıqlandı
- 18:40
- 29
"Goal" nəşri 2026-cı ildə "Qızıl top" mükafatına əsas namizədlərin siyahısını açıqlayıb.
Rekord.az xəbər verir ki, reytinqə Almaniyanın "Bayern" klubunun hücumçusu Harri Keyn başçılıq edir.
Siyahının ikinci pilləsində "Mançester Siti"nin forvardı Erlinq Haland qərarlaşıb. İlk "üçlüy"ü isə "Real"ın futbolçusu Kilian Mbappe tamamlayıb.
"Qızıl top-2026" mükafatına 10 əsas namizəd isə aşağıdakı kimidir:
1. Harri Keyn ("Bayern”)
2. Erlinq Haland ("Mançester Siti")
3. Kilian Mbappe ("Real")
4. Lamin Yamal ("Barselona")
5. Deklan Rays ("Arsenal")
6. Vitinya (PSJ)
7. Maykl Olise ("Bayern")
8. Luis Dias ("Bayern")
9. Lionel Messi ("İnter Mayami")
10. Əşrəf Hakimi (PSJ)