“Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Komanda.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri oyunu belə şərh verib:


"Bu gün futbolçular oyuna yaxşı köklənmişdilər. Ciddi səhv etmədən oynadılar. Qələbəyə layiq idik.


İbrahima Vadji xəstə idi. Məşq etməmişdi. Funksional formasından razıyıq. Təəssüf ki, məşqi buraxmışdı.


Digər komandalar kimi bizdə də müəyyən məsələlər var. Biz də digər komandalarla mübarizə aparacağıq. Vaxt var. Çalışmalarımıza davam edəcəyik.


Bizdə kim güclüdürsə, o da oynayacaq. Şükür Allaha hazırda komandamız yaxşıdır. Oyunçularımız kifayət qədər var. Kim yaxşı olacaqsa, o da meydana çıxacaq”.