Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Dünya Taekvondo Federasiyasının 50 illik yubileyi münasibətilə əməkdar idman ustası , iki qat Avropa çempionu, Ümid Taekvondo Klubunun rəhbəri Şahbazov İlkinin başçılığı ilə Masterklass təlimi Heydər Əliyev Mərkəzinin parkında baş tutdu.

Rekord.az xəbər verir ki, idmançıların günlərlə hazırlandığı möhtəşəm tədbirə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev də  öz töhvələrini verdi.

Tədbirdə qazilər və şəhid ailələri iştirak edirdi və Federasiya adından simvolik hədiyyələr təqdim olundu. 
Masterklass müxtəlif telekanallar və saytlar vasitəsilə tamaşaçı kütləsinə təqdim olundu. Şəhərimizin qonaqları - Turistlərin də diqqətini çəkən masterklass böyük marağa səbəb oldu, alqışlarıyla idmançılara dəstək oldular. Tədbir sonrası klubun idmançıları, valideynlər və rəhbərlik gül çələngi ilə Fəxri Xiyabanı ziyarət etdi.


Xatırladaq ki, 29 may - 4 iyunda Bakıda Taekvondo üzrə 26-cı Dünya Çempionatı keçiriləcək. Beynəlxalq əhəmiyyətli idman tədbiri ilə əlaqədar paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir.

Esmira Turan