“Qəbələ”nin qış hazırlıq planı açıqlandı
- 18:20
- 35
"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşib.
Rekord.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının 16-cı turunda "Qarabağ"la oyundan sonra istirahətə buraxılan komanda yanvarın 3-də toplaşacaq.
Hazırlıq prossesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə olacaq.
"Qırmızı-qaralar" hazırlıq mərhələsinin ikinci hissəsini yanvarın 14-18-də Bakıda keçirəcək.
Komandanın toplanış çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınaması nəzərdə tutulub. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.