Mövsümü ölkə kubokunu qazanmaqla başa vuran "Qəbələ" heyəti qorumaqda çətinlik çəkir.

Rekord.az xəbər verir ki, özünü yaxşı tərəfdən göstərən futbolçular daha yüksək maaş müqabilində digər klublardan təkliflər alıblar və əlsəriyyəti də bunu dəyərləndirir.

Əldə etdiyimiz məlumata görə, Ruan Renato da "Zirə" ilə danışıqlara başlayıb. Belə ki, "Qəbələ"nin təklif etdiyi yeni müqavilə onun üçün münasib olmayıb. "Zirə"nin təklif etdiyi maaş isə xeyli sərfəlidir. Bu mənada Renatonun "Zirə" ilə anlaşmaq ehtimalı çox yüksəkdir