
“Qəbələ”dən yeni sponsorluq müqaviləsi
- 12 Avq 2025 16:00
- 57
“Qəbələ” İdman Klubu və AFB Bank arasında sponsorluq və əməkdaşlıq müqaviləsi imzalanıb.
Rekord.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
Müqaviləyə əsasən, AFB Bankın adı və loqosu “Qəbələ” komandasının rəsmi oyun formalarında yer alacaq.
Bu əməkdaşlıq Azərbaycan futbolunun inkişafına töhfə vermək, idmanın kütləviliyini artırmaq və gəncləri sağlam həyat tərzinə təşviq etmək məqsədini daşıyır. Tərəflər, birgə layihələr vasitəsilə həm futbolsevərlərə daha yaxın olmağı, həm də idmanın sosial əhəmiyyətini ön plana çıxarmağı planlaşdırır.
Müqavilənin müddəti 1 ildir və bu dövrdə həm AFB Bank, həm də “Qəbələ” İdman Klubu müxtəlif sosial və idman yönümlü təşəbbüslərlə ictimaiyyət qarşısına çıxacaq.