“Qəbələ”dən ilin ilk transferi
- 05 Yan 2026 21:30
- 72
“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalanıb.
Onun son klubu “Panevejis” (Litva) olub. Keyta buna qədər “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının şərəfini qoruyub.
Keyta “Qəbələ”də 33 nömrəli formada çıxış edəcək.