“Qəbələ” Premyer Liqanın 23-cü turundan təxirə salınan oyunda “Qarabağ”la qarşılaşacaq.

Rekord.az xəbər verir ki, matç Qəbələ şəhər stadionunda keçiriləcək.

“Qəbələ” bu görüşün hazırlığını başa vurub. Klesio Bauk fərdi məşq edib. Samuel Tetteh bərpa prosesi keçir.

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.