“Qəbələ” İK və futbolçu Elşad Tağıyev arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Elşad 2024/2025-ci illər mövsümündən bu komandanın şərəfini qoruyurdu.


Klub hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzu edib.