Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" yeni transferlər üçün pul tapmır.

Rekord.az xəbər verir ki, əldə olan əsas vəsaiti toplanışa xərcləyən bölgə təmsilçisi yeni transferlər üçün əlavə vəsait axtarır.

Həm sponsorlardan, həm də AFFA-dan yardım gözlənilir. Lakin bu yardımın edilməsi şansı çox aşağıdır. Bu mənada böyük ehtimalla Elmar Baxşıyevin komandası qış fasiləsində legioner futbolçu ala bilməyəcək.