
"Qəbələ" və Qəbələ bu günlər üçün darıxır
- 13:00
- 65
"Qəbələ" - "Kəpəz" matçını izləmək üçün Qəbələyə yollanan zaman diqqətimizi bir şey çəkdi. "Qəbələ" və Qəbələnin gözəl günlərindən xatirə.
Rekord.az xəbər verir ki, söhbət "Qəbələ"nin imkanlı dövrlərində keçirilən "Gabala cup" turnirindən gedir.
Hansı ki, Avropanın bir sıra tanınmış klubları bu turnirdə iştirak etmək üçün Qəbələyə gəlirdilər. Təəssüf ki, klubun maddi durumu pisləşəndən, büdcəsi kəskin azalandan sonra həmin turnir də tarixin yaddaşına köçdü. Amma xatirəsi hələ də qalıb. Belə ki, "Gabala cup"da iştirak etmiş məhşur klublarının loqo və adlarının həkk olunduğu plakatlar hələ də Qəbələ stadionunda saxlanılır. Şüşə arxasından bizə boylanan "Portu", "Barselona", "Feyenoord" və s klublar diqqətimizi çəkdi və lentə alıb sizə də təqdim edirik.