“Qəbələ” üç itki ilə hazırlaşır
- 14 Dek 2022 18:21
- 415
“Qəbələ”nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir.
Rekord.az əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir.
Rafael Utziq və Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la ilk oyununda (2:2) zədələnən İlkin Qırtımov isə bərpa prosesi keçir.