
"Qəbələ" qış toplanışını ölkə xaricində keçəcək, yeni transfer olmayaca
- 06 Noy 2022 11:00
- 525
"Qəbələ" qış təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Rekord.az-ın bununla bağlı sualını cavablandıran klubun prezidenti Fariz Nəcəfov komandanın Antalyada hazırlıq keçəcəyini bildirib.
Artıq təşkilari işlərlə bağlı danışıqlar aparılır: "Məsələ böyük ölçüdədə dəqiqləşib və qışda Antalyaya yollanacağıq. Amma yeni transferlər böyük ehtimalla olmayacaq. Çünki bunun üçün büdcədə pul yoxdur".