
"Qəbələ" niyə Qəbələdə qalmır? ÖZƏL!
- 14 Dek 2022 13:00
- 563
"Qəbələ" futbolçuları bu mövsümdən etibarən Bakıda məskunlaşıb.
Rekord.az xəbər verir ki, futbolçular yalnız oyundan-oyuna Qəbələyə gedir.
Halbuki daha öncədən komanda üzvləri təmsil etdikləri rayonda daha çox vaxy keçirirdi, daha çox məşq edirdi. Bunun səbəbinı gəlincə, hər şey maliyyəyə bağlıdır. Qəbələdə qalmaq üçün futbolçuları hansısa otelə yerlıəşdirmək, otel xərcini, gündəlik 3 dəfə yemək xərcini qarşılamaq lazımdır. İndiki halda isə hər kəs Bakıda öz evində qalır, öz evində yeməyini yeyir, öz maşını ilə məşqə gəlir. Rəhbərlik yalnız stadionun icarə haqqını ödəyir.