Azərbaycan Premyer Liqası təmsilçiləri "Qəbələ" və "Kəpəz" yoxlama görüşündə üz-üzə gəliblər.


Rekord.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.


4 qolun vurulduğu matçda Qəbələ komandası 3:1 hesablı qələbəyə sevinib.


"Qəbələ"nin qollarını Domi Massoumou, İsmaheel Akinade və Qədir Ramazanov vurub. "Kəpəz"də isə Ryonosuke Ohori fərqlənib.