“Qəbələ” ilə oyun daha çox məlumat xarakterli idi” - Demçenko
- 18:00
- 32
“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko "Qəbələ"yə qarşı keçirdikləri yoxlama oyunu haqda fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
"Bugünkü oyun daha çox məlumat xarakterli idi və nəticə vacib deyildi. Son 3 gün ərzində yükləmə çox olduğuna görə, futbolçular yorğunluq fonunda meydana çıxmışdılar. Uşaqların verdiyimiz tapşırıqları nə dərəcə icra edə bildiklərinə diqqət yetirdik. Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin. Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik".