“Qəbələ” “Araz-Naxçıvan”a qalib gəldi
- 17:20
- 29
Misli Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" və "Qəbələ" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Rekord.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan matç "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə bitib.
Qolu 38-ci dəqiqədə Prins Ovusu vurub.
"Araz-Naxçıvan" daha əvvəl klubun əvəzedici komandasına yeddi cavabsız qolla qalib gəlib. "Qəbələ" isə "Kəpəz"i 3:1 hesabı ilə üstələyib.