
Qazaxıstanda çempion bəlli oldu
- 06 Noy 2022 16:20
- 388
Futbol üzrə Qazaxıstan çempionatında bu mövsümün qalibi bəlli olub.
Rekord.az xəbər verir ki, “Astana” ölkə çempionatının 26-cı turunda səfərdə Karaqanda "Şaxtyor"una 3:2 hesabı ilə qalib gələrək çempionluğu təmin edib.
Sözügedən komanda ən yaxın izləyicisi "Aktobe"ni 1 xal qabaqlayaraq tarixində 7-ci dəfə Qazaxıstan çempionu tituluna yiyələnib. Bu isə rekord göstəricidir.
"Aktobe" 52 xalla 2-ci, "Tobol" isə 47 xalla 3-cü olub.