Qazax rayonu Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbin idman zalında, 44 günlük Vətən müharibəsi şəhidi "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medalı,“Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş Yaqubov Mais Rəhim oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə Qazax Rayon Uşaq Gənclər İdman Məktəbinin birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışdan əvvəl Daş Salahlı kənd Şəhidlər Xiyabanında dəfn olunmuş Vətən müharibəsi şəhidi Mais Yaqubovun məzarı ziyarət olunmuş, məzarı önünə gül dəstələri qoyulmuş, əziz xatirəsi ehtiramla yad edilmişdir.

Yarışın açılış mərasimdə əvvəlcə Azərbaycan Respbulikasının Dövlət Himnni səsləndirilmiş, şəhidlərimizin əziz xatirəsi əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Qazax rayon Gənclər və idman idarəsinin rəis əvəzi Sahib Namazov, Qazax Rayon İcra Hakimiyyətində şöbə müdiri, III dərəcəli “Rəşadət” ordenli “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş Qarabağ müharibəsi əlili Samir Çobanov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri” İctimai birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, “Mübarizlər” Cəmiyyətinin Qazax rayonu üzrə sədri, ehtiyyatda olan hərbçi, Qarabağ müharibəsi veteranı Vaqif Nəsibov çıxış edərək, şəhidlik zirvəsinin müqəddəsliyindən, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirərək, bu cür yarışların keçirilməsində məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu təbliğ etmək, yeniyetmə və gənclər arasında vətənpərlik hissini gücləndirmək, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin asudə vaxtının səmərəli təşkili, onlarda idmana olan marağın artırılmasından ibarət olduğunu qeyd edərək, yarış iştirakçılarına uğurlar arzulamışlar.

Sonda Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, şəhid Mais Yaqubovun atası Rəhim Yaqubov şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda I, II, III yerləri tutmuş idmançılar təşkilatçılar tərəfindən müvafiq qiymətli hədiyyə,diplom, medal və kubokla təltif olunmuşlar.

Yarışda ümumilikdə 104 nəfər iştirak etmişdir.