“Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm”
- 18:00
- 40
"Qarabağ"ın futbolçusu Marko Yankoviç onu qarşıda nələrin gözlədiyini görmək üçün səbirsizlənir.
Rekord.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında yazıb.
Monteneqrolu oyunçu 2025-ci illə bağlı fikirlərini bölüşüb:
"Çətinliklər, inkişaf və həm meydanda, həm də meydandan kənarda qazanılan bir çox uğurlarla dolu bir il oldu. Bu prosesdə görülən işlərə, yanımda olan insanlara, aldığım dərslərə və keçdiyim yola görə minnətdaram. Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm".
Yankoviçə bir sıra transfer təklifləri gəldiyi iddia olunur.