
“Qaradağ Lökbatan”dan darmadağın
- 19:00
- 38
2-ci Liqada 4-cü tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.
“Dinamo” – “Göygöl” və “Ağdaş” – “Quba” matçlarında qalib müəyyənləşməyib. “Araz Saatlı”nın qonağı olmuş “Qaradağ Lökbatan” isə darmadağına sevinib.
2-ci Liqa
4-cü tur
29 sentyabr
“Araz Saatlı” – “Qaradağ Lökbatan” 0:3
Qollar: Sabir Allahquliyev, 19. Ramil Orucov, 29. Tofiq Nəsibov, 43.
“Ağdaş” – “Quba” 2:2
Qollar: Yusif Yusifzadə, 50. Oleq Xəlilov, 61 – Vidadi Cəfərov, 3. Nihad Mollayev, 46.
“Dinamo” – “Göygöl” 1:1
Qollar: Xəyal Qocayev, 81 - Əlibala Ağayev, 64-öz qapısına.