
“Qaradağ Lökbatan”dan darmadağın
- 16 Sen 2025 23:29
- 33
2-ci Liqada 2-ci tura yekun vurulub.
Sports.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
“Göygöl” evdə “Kür-Araz”a qalib gəlib. “Qaradağ Lökbatan” isə “Ağstafa Gəncləri” ilə oyunda 8 cavabsız qola sevinib.
2-ci Liqa
2-ci tur
16 sentyabr
“Göygöl” – “Kür-Araz” 1:0
Qol: Ülvi Cəlilov, 86.
“Qaradağ Lökbatan” – “Ağstafa Gəncləri” 8:0
Qollar: Vüsal Hüseynov, 2; 71. Rövşən Şahmuradov, 15. Tofiq Nəsibov, 20; 83-pen. İsa Zeynallı, 40-pen. Ramil Orucov, 78; 84.
Turun digər oyunları:
“Xankəndi” – “Quba” 4:0
“Araz Saatlı” – “Şəki” 0:12
“Şəmkir” – “Dinamo” 3:0
“Ağdaş” – “Şirvan” 0:1