2-ci Liqada 6-cı tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.

“Göygöl” – “Ağstafa Gəncləri” matçında qalib müəyyənləşməyib. “Kür-Araz” “Quba”ya, “Şəmkir” isə “Qaradağ Lökbatan”a uduzub.

2-ci Liqa
6-cı tur

20 oktyabr

“Göygöl” – “Ağstafa Gəncləri” 1:1
Qollar: Elcan Rəhimov, 88 - Elgün Qəhrəmanov, 77

“Kür-Araz” – “Quba” 1:6
Qollar: Əlisa İsayev, 45+1 - Vidadi Cəfərov, 29-pen; 33; 65. Samir Ağayev, 36. Bəhram Köçərli, 67. Nihad Mollayev, 77.

“Şəmkir” – “Qaradağ Lökbatan” 0:1
Qol: Tofiq Nəsibov, 90+6-pen.