Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Araz-Naxçıvan” son çempion “Qarabağ”la qarşılaşıb. Ağdam təmsilçisi rəqibini böyük hesabla məğlub edib. Turun son oyunu isə “Sumqayıt”la “Neftçi” arasında keçirilib. Qarşılaşma paytaxt təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

Daha öncə “Karvan-Yevlax” “İmişli”yə 0:3 hesabıyla uduzubsa, “Zirə” “Şamaxı”ya (2:1), “Qəbələ” “Kəpəz”ə (3:0), “Sabah” isə “Turan Tovuz”a (2:0) qalib gəlib.

Misli Premyer Liqası
5-ci tur

21 sentyabr

“Araz-Naxçıvan” – “Qarabağ” 0:5
Qollar: Toral Bayramov, 4; 28-pen; 65-pen. Musa Qurbanlı, 52. Kris Kuaku, 52. 
Qırmızı vərəqə: Slavik Alxasov (ikinci sarı).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Liv Bona Dea Arena”.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 20. Kadi Borges, 3. Sami Mmae, 18. Dani Bolt, 15. Leandro Andrade, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.

“Sumqayıt” – “Neftçi” 0:2
Qollar: Ağadadaş Salyanski, 79, Alessio Kurçi, 90+2.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 77. Falaye Sako, 6. Sessi D`Almeyda, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.