
“Qarabağ”ın UEFA reytinqindəki mövqeyi açıqlandı
- 04 Noy 2022 15:44
- 398
“Qarabağ” UEFA-nın klub reytinqindəki mövqeyi müəyyənləşib.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu avrokubokların qrup mərhələsinin sonuncu - 6-cı turunun matçlarından sonra açıqlanan siyahıda 66-cı sırada yer alıb.
Hazırda Azərbaycan çempionunun aktivində 25.000 xal var. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Yunanıstan PAOK-u və Rusiya "Krasnodar"ı ilə 66-68-ci yerləri bölüşür.
Xatırladaq ki, Ağdam klubu Avropa Liqasının G qrupunun son turunda Bakıda Almaniya "Frayburq"u ilə heç-heçə edib – 1:1.
Cədvələ 131,000 xalla İngiltərənin "Mançester Siti" klubu başçılıq edir. Almaniyanın “Bayern” klubu ikinci (130.000), İngiltərə “Liverpul”u (123.000) üçüncüdür.