
“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayır
- 12:30
- 34
"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında bu gün mübarizəyə başlayacaq.
Rekord.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Portuqaliyada "Benfina"nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
U-19 oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopengahen"lə qarşılaşacaq.