"Qarabağ"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aşdod" ciddi itkilərlə üzləşib.

Rekord.az xəbər verir ki, İİsrail təmsilçisinin 3 əsas futbolçusu zədələnərək sıradan çıxıb.

Onlar müdafiəçi Timoti Avani, hücumçu Fahad Bayo və hücumameylli yarımmüdafiəçi Məhəmməd Kanaandı. Futbolçuların iyulun 22-də Bakıda keçiriləcək görüşdə meydana çıxmaq şansının az olduğu bildirilir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20.00-da başlayacaq.