
“Qarabağ”ın rəqibindən antirekord
- 16:20
- 51
UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"la üz-üzə gələcək Niderlandın "Ayaks" klubu 67 ildən sonra antirekordunu təkrarlayıb.
Rekord.az xəbər verir ki, bu, Amsterdam təmsilçisinin İngiltərədə "Çelsi"yə uduzduğu oyunda (1:5) gerçəkləşib.
Komanda 1958-ci ilin fevralından bu vaxtadək ilk dəfə bu turnirdə matçın ilk hissəsində dörd qol buraxıb.
Sonuncu belə hadisə 67 il əvvəl Macarıstanın "Vaşaş" komandası ilə Çempionlar Kubokunda (hazırkı Çempionlar Liqası) baş verib.
"Qarabağ" "Ayaks"la dekabrın 10-da Bakıda üz-üzə gələcək.