UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olan İtaliya təmsilçisi "Napoli"nin aparıcı futbolçularından Kevin De Bröyne zədələnib.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, A Seriyasının 8-ci turunda "İnter"lə oyunda (3:1) sıradan çıxıb.


33-cü dəqiqədə penalti zərbəsindən hesabı açan belçikalı yarımmüdafiəçi elə həmin an zədələnib. Onun ən azı 3-4 ay yaşıl meydanlardan kənar qalması gözlənilir.


34 yaşlı De Bröyne cari mövsüm "Napoli"nin heyətində 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. "Napoli" - "Qarabağ" matçı noyabrın 26-da, saat 00:00-da keçiriləcək.