
"Qarabağ"ın rəqibi kubokda mübarizəni dayandırdı VİDEO
- 16 Avq 2021 16:43
- 524
Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Aberdin” Şotlandiya Liqa kubokunun oyununa çıxıb.
Rekord.az xəbər verir ki, komanda ikinci mərhələdə “Reyt Rovers”lə qarşılaşıb. “Aberdin”dən 13-cü dəqiqədə Emmanuel Tomas fərqlənsə də, rəqib Varian (48) və Zanattanın (71) qolları ilə 2:1 qalib gəlib. Bununla da "Aberdin" kubokda mübarizəni dayandırıb.
Qeyd edək ki, "Qarabağ" "Aberdin"lə avqustun 19-da evdə, 26-da isə səfərdə qarşılaşacaq.