“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan “Ayntraxt” heyətini yeni futbolçu ilə gücləndirib.


Rekord.az xəbər verir ki, Frankfurt təmsilçisi “Hoffenhaym”ın 2-ci komandasından Ayub Amamuni-Eçquyabı transfer edib.


Bu barədə Bendesliqa klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.


Ayub bu mövsüm 18 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.


Frankfurt təmsilçisi bir neçə gün əvvəl “Elversberq”dən (Almaniya) hücumçu Yunus Ebnutalibi də transfer edib. 


Qeyd edək ki, “Qarabağ” - “Ayntraxt” matçı yanvarın 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.