Çempionlar Liqasının əsas mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, bu gün 6 oyun baş tutub.

“Qarabağ”ın rəqiblərindən olan “Atletik” evdə “Arsenal”a 2 cavabsız qolla uduzub.

“Real” isə səfərdə Marsel “Olimpik”inə qalib gəlib. 8 qolluq “Yuventus” - “Borussiya” (Dortmund) matçında isə heç-heçə qeydə alınıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur

16 sentyabr

PSV (Niderland) - “Yunion” (Belçika) 1:3
Qollar: Van Bommel, 90 – P.David, 9-pen. El Hadj, 39. Makallister, 81.

“Atletik” (İspaniya) - “Arsenal” (İngiltərə) 0:2
Qollar: Martinelli, 72. Trossard, 87.

“Real” (İspaniya) – “Olimpik” (Marsel, Fransa) 2:1
Qollar: Mbappe, 29-pen; 81-pen – T.Vea, 22.

“Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan) 2:3
Qollar: E.Barreneçea, 6. V.Pavlidis, 16 – L.Andrade, 30. K.Duran, 48. A.Kaşuk, 86.

“Yuventus” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya) 4:4
Qollar: K.Yıldız, 63. Vlahoviç, 67; 90+4. Kelli, 90+6 – Adeyemi, 52. Nmeça, 65. Kouto, 74. Bensebaini, 86-pen.

“Tottenhem” (İngiltərə) - “Vilyarreal” (İspaniya) 1:0
Qol: L.Junior, 4-öz qapısına.