
“Qarabağ”ın “Gent”lə matçlarının başlama saatı açıqlandı
- 09 Noy 2022 12:30
- 653
“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” komandasına qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2023-cü il fevralın 16-da Bakıda baş tutacaq ilk qarşılaşmaya saat 21:45-də start veriləcək. Bu oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Fevralın 23-də Gent şəhərindəki eyniadlı stadionda keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.