
“Qarabağ”ın futbolçusuna 3 oyunluq cəza
- 16:40
- 39
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 7-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qarabağ-2” – “Neftçi-2” oyununun 37-ci dəqiqəsində “Qarabağ-2” komandasının 76 nömrəli futbolçusu Nicat Xasıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Qarabağ-2” komandası 300 manat cərimə edilib.
“Qarabağ-2” – “Neftçi-2” oyununun 67-ci dəqiqəsində “Neftçi-2” komandasının 87 nömrəli futbolçusu Vüsal Kərimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Neftçi-2” komandası 50 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Kəpəz-2” oyununun 53-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 56 nömrəli qapıçısı Aftandil Arixov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 100 manat cərimə edilib.
“Sumqayıt-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilib.