Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropa klublarının yeni reytinq siyahısını açıqlayıb. 

Rekord.az xəbər verir ki, 112 komandanın olduğu cədvəldə Azərbaycan təmsilçisi "Qarabağ"da var. Ağdam klubu 85,6 xalla 88-cidir. 

Niderland "Ayaks"ı 292 xalla qitənin ən reytinqli klubu hesab edilib. İngiltərə təmsilçiləri "Çelsi" (287) və "Mançester Siti" (286) növbəti sıralarda yer alıb.