
“Qarabağ”dan legioneri ilə yeni müqavilə
- 05 Yan 2023 18:00
- 520
"Qarabağ" müdafiəçisi Marko Veşoviçin müqaviləsinin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, 32 yaşlı müdafiəçinin yeni sözləşməsi 2025-ci il iyunun 30-dək nəzərdə tutulub.
Xatırladaq ki, Veşoviç 2021-ci ildən "köhlən atlar"da çıxış edir. Monteneqrolu oyunçunun müqaviləsi iyunda başa çatmalı idi.