“Qarabağ”dan dörd futbolçu ilə yeni müqavilə
- 16 Dek 2022 21:20
- 457
“Qarabağ” dörd futbolçusu ilə müqaviləni yeniləyib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev və İsmayıl İbrahimli ilə 3.5 illik yeni sözləşmə imzalanıb.
Xatırladaq ki, Cəfərquliyev və İbrahimli 2018-ci, Bayramov və Qurbanlı isə 2019-cu ildən Ağdam təmsilçisinin formasını geyinir.
