"Ankaragücü"də icarə əsasında çıxış edən "Qarabağ"ın legioneri Ovusu Kvabena ağır xəstəlik keçirib.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin Futbol Şöbəsinin koordinatoru Emre Yıldız açıqlama verib.

Klub rəsmisi bildirib ki, qanalı hücumçu xəstəxanaya yerləşdirilib və 2 gün orada qalıb. 25 yaşlı forvard bu səbəbdən "Boluspor" və "Keçiörengücü" komandalarına qarşı I Liqa matçlarında iştirak edə bilməyəcək.

Cari mövsümün əvvəlindən "Ankaragücü"ndə çıxış edən Ovusu Kvabena meydana çıxdığı 23 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.