
"Qarabağ"a keçməkdə niyə tərəddüt edir?
- 11:00
- 56
"Neftçi"dən ayrılan Ramil Şeydayevin adı "Qarabağ"la hallansa da, hələlik klubsuzdur.
Rekord.az-a daxil olan məlumata görə, əslində Şeydayevin "Neftçi"dən ayrılacağı hələ 1 ay öncədən dəqiqləşmişdi.
Sadəcə, futbolçu maddi və klub seçimi baxımından təminat alıb getmək istəyirdi. Onun "Qarabağ"a keçmək variantı da bir aya yaxındır müzakirə olunur. Qurban Qurbanov Şeydayevə yenidən şans verməyin əlehinə deyil. Sadəcə, Ramilə əvvəldən də deyilib ki, o, daha çox Premyer Liqa oyunlarında oynayacaq. Yəni alınsa belə, adı Çempionlar Liqasının sifariş ərizəsinə daxil edilməyəcək. Şeydayev də 1 aydır məhz buna görə "Qarabağ"a keçməkdə tərəddüt edir. İstəyir ki, başqa iddialı kluba keçsin ki, gələn mövsüm yenidən avrokuboklar həyəcanını yaşasın. Yaxud da ən pis halsa Konfrans Liqasının qrupunda oynayan hansısa Avropa klubuna keçsin. Baxmayaraq ki, belə bir variant da real görünmür.