
"Qarabağ" Veşoviçlə danışıqlar aparır
- 17 Dek 2022 22:07
- 508
"Qarabağ" müqaviləsi başa çatmaqda olan futbolçularla yeni müqavilə məsələsində danışıqları davam etdirir.
Rekord.az xəbər verir ki, dünən 4 gənc futbolçu ilə yeni müqavilə bağlayan Ağdam təmsilçisi legionerləri də diqqətdən kənarda saxlamır.
Belə ki, hazırda Marko Veşoviçlə danışıqlar gedir. "Qarabağ" bu futbolçuya yeni müqavilə təklif edib. Hazırda müzakirələr futbolçunun təklifləri ətrafında gedir. Ortaq məxrəcə gəlinsə, ilin sonuna kimi yeni müqavilə bağlanacaq.