
“Qarabağ” pley-offda Mahirin komandası ilə qarşılaşa bilər
- 28 İyl 2022 15:45
- 510
Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü raundunda Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, Ağdam klubu bu rəqibi üzərində də qələbə qazanarsa, pley-offda aşağıdakı komandalardan biri ilə qarşılaşacaq:
Ludoqorets (Bolqarıstan) - Dinamo (Zaqreb, Xorvatiya) cütünün qalibi,
Kopenhagen (Danimarka),
Şerif (Moldova) - Viktoriya (Plzen, Çexiya) cütünün qalibi.
Qeyd edək ki, 3-cü mərhələdə “Ludoqorets”lə oynayacaq Zaqreb “Dinamo”sunun heyətində “Qarabağ”ın sabiq futbolçusu Mahir Emreli çıxış edir.