
“Qarabağ” “Ferentsvaroş” üçün çox münasib rəqibdir”
- 29 İyl 2022 15:31
- 454
“Ferentsvaroş”un əla qələbəsi həm də Macarıstan çempionatının səviyyəsindən xəbər verir”.
Rekord.az xəbər verir ki, bunu futbol üzrə Rusiya millisinin sabiq baş məşqçisi Anatoli Bışovets deyib.
O, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesovu Slovakiyada "Slovan" (Bratislava) üzərində 4:1 hesablı qələbə münasibətilə təbrik edib:
“Sonrakı uğur yalnız rəqibdən asılı olacaq. Ancaq Stanislav Salamoviçə birmənalı təbrik düşür! “Qarabağ” onun komandası üçün çox münasib rəqibdir. Çerçesova uğurlar arzulaya bilərik”!
"Qarabağ" “Ferentsvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.