"Qarabağ"ın baş məşqçisi Qurban Qurban ən vacib hesab etdiyi mövqe üçün futbolçu axtarışına çıxıb.

Rekord.az-a daxil olan məlumata görə, söhbət mərkəz müdafiəçisi mövqeyindən gedir.

Hazırda Ağdam klubunda bu mövqeydə boşluq var. Qurbanov zaman-zaman bu boşluğu Bədavi Hüseyniv, Medina, Maksim Medvedevin hesabına doldurmağa çalışsa da, bu futbolçuların heç biri baş məşqçinin tam istədiyi oyunu ortaya qoya bilmir. Buna görə də fevralda gözlənilən "Gent"lə oyun da nəzərə alan Qurbanov həm top almağı, həm də oyun qurmağı bacaran yaxşı bir mərkəz müdafiəçisi alınmasını vacib sayır. İlk növbədə də bu mövqeyə oyunçu axtarılmasını tapşırıb.