Lukas Ribeyru “Qarabağ”a gəlməyəcək. Belçika “Beveren”inin hücumameyilli yarımmüdafiəçisi ağdamlıların transfer siyahısında yoxdur.

Rekord.az futbolinfo.az-a istinadla xəbər verir ki, braziliyalı futbolçu həqiqətən də “Qarabağ”a xeyli əvvəl təklif olunub.

Amma menecerlər tərəfindən təklif edilən çoxsaylı futbolçulardan biri kimi ona da “yox” cavabı verilib. “Atlılar”ın guya rəsmi təklif göndərməsi belçikalı jurnalistlərin yalan xəbəridir.

İndi bu adın Belçika mətbuatına çıxması menecerlərin futbolçunun qiymətini qaldırmaq cəhdidir. Təsadüfi deyil, Lukasın adı iki Rusya klubu ilə də yanaşı hallanır. Müştərilərin sayı çoxaldıqca futbolçunun dəyəri də şişirdilir.