
“Qarabağ” “Benfika”ya səfərdə qalib gəldi!
- 00:54
- 66
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionu “Benfika” ilə qarşılaşıb.
Portuqaliya təmsilçisi ilə görüş səfərdə baş tutyb. Belçikalı hakimlərin idarə etdiyi oyunda Ağdam klubu əzmkar qələbəyə sevinib.
“Qarabağ” ÇL-in Liqa mərhələsindəki növbəti oyununu oktyabrın 1-də evdə “Kopenhagen”ə (Danimarka) qarşı keçirəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
16 sentyabr
“Benfika” - “Qarabağ” 2:3
Qollar: E.Barreneçea, 6. V.Pavlidis, 16 - L.Andrade, 30. K.Duran, 48. A.Kaşuk, 86.
Baş hakim: Erik Lambrexts (Belçika).
“Da Luş” stadionu. Saat 23:00.
Benfika: 1. Trubin, 4. Antonio Silva, 5. Barreneçea, 8. Aursnes, 10. Sudakov, 14. Pavlidis, 17. Dediç, 20. Rios, 21. Şelderup, 26. Dahl, 30. Otamendi (k).
Ehtiyat oyunçular: 24. Samuel Soares, 3. Obrador, 9. İvanoviç, 18. Barreyro, 25. Prestianni, 39. Henrike Araujo, 44. Tomas Araujo, 64. Gonsalo Oliveyra, 68. Joao Veloso, 71. Leandro Santos, 84. Joao Reqo, 86. Dioqo Prioste.
Baş məşqçi: Bruno Lage.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borqes, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt.
Baş məşqçi: Qurban Qurbanov.