
Qara Qarayevin son durumu
- 30 Okt 2022 11:00
- 421
"Qarabağ"ın zədəli futbolçusu Qara Qarayev oktyabrın 31-i təkrar müayinədən keçəcək.
Rekord.az xəbər verir ki, bu barədə qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
O bildirib ki, indiki halda yarımmüdafiəçinin zədəsi ciddi görünmür: "Təkrar müayinənin yekununda konkret nəsə söyləmək olacaq".
Qeyd edək ki, Q.Qarayev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la matçın (1:2) 79-cu dəqiqəsində zədələnib.