Qara Qarayevə iki klubdan təklif
- 10:00
- 66
"Araz Naxçıvan"dan ayrılan Qara Qarayevin klubsuz günləri uzun çəkməyəcək.
Rekord.az-a daxil olan məlumata görə, Premyer Liqanın iki klubu dərhal ona təklif göndərib.
Bu klublar "Şamaxı" və "Kəpəz"di. Həm Ayxan Abbasov, həm də Azər Bağırov Qaranı öz komandasında görmək istəyir. Təcrübəli futbolçu isə gələcək karyerası ilə bağlı qərarı yanvarda verməyi düşünür.