“Qalatasaray”ın sabiq rəsmisi qanunsuz mərc oyunlarına görə saxlanıldı
- 16:45
- 30
Türkiyədə futbolda qanunsuz mərc oyunları istintaqı çərçivəsində 14-ü futbolçu olmaqla daha 29 nəfər barəsində saxlanılma qərarı çıxarılıb.
Rekord.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, onların arasında İstanbulun "Qalatasaray" klubunun keçmiş rəsmisi Erden Timur da var.
Eyni zamanda, istintaq çərçivəsində 24 nəfərin saxlanıldığı, 1 nəfərin əvvəlcədən həbs olunduğu, 4 nəfərin isə tutulması istiqamətində əməliyyatın davam etdirildiyi vurğulanıb.